adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Yanvar 2022 11:59
327
DÜNYA

160 min insandan qan yığan Adnan Oktar şəbəkəsi, dövrün Türkiyəsi və Səhiyyə Naziri...

Uzun zaman öncə Türkiyədə gənc bir beyin cərrahının həyatı gündəmə gəlir. Qəzetlər leykemiyadan əziyyət çəkdiyini yazmağa başlayır. Halbuki həmin dövrdə minlərlə insan leykemiyadan əziyyət çəkirdi. Amma nədənsə, yalnız bir beyin cərrahının xəstəliyi gündəmi zəbt etmişdi. Qəzetlər get-gedə xəbərin miqyasını böyütməyə başlayırlar. Gənc həkimə ilik axtarılırdı. Sonra işə böyük televiziya kanalları da girir. Günün əsas xəbər buraxılışının axırlarına yaxın gənc həkim üçün ilik axtarılması barədə xəbər verirlər. İctimai rəy yüksəlməkdə davam edirdi. “Gənc həkim üçün zaman daralır”, “Gənc beyin cərrahı üçün zamana qarşı yarış!”. Qəzetlər bu başlıqlarla xəbəri manşetə verməyə başlayırlar.

Evdə dua edən kim, “Yasin” oxuyub şəfa istəyən kim... Qosqoca millət bir adamın sağlamlığı üçün səfərbər olmuşdu. Artıq televiziya kanallarında özəl yayımlar da başlamışdı. “Bu həkimi xilas edin!”.

Və kampaniya başlayır. Əgər uyğun ilik üçün kampaniya başladılsa, bəlkə də yaşaya bilərdi. “Abdi İpəkçi” idman zalı bağlatdırılır. İçində xəstəxana qurulur. 30 həkim, 60 tibb işçisi tapılır. Xərəklər, təhlil dəstləri... Bildiyimiz qan mərkəzi yaradılır. Və növbədə duran vətəndaşlardan bir-bir qan örnəkləri götürülür. Növbə 30-50 adam yox, minlərlə adam gözləyir. Növbənin bir ucu idman zalında başlayır, digər ucu işıqforlara qədər uzanıb 3 kilometrlik quyruğa dönür. O gün qan örnəyi verə bilməyənlər evlərinə çox pis əhvalla geri dönürlər. Amma ertəsi gün də qan vermək istəyənlərin ardı-arası kəsilmir.

TV-lər ekranlarının aşağısına sayğac qoyurlar. Gənc həkimin fotosu və bir sayğac. Sanki xalq “Survivor” yarışması izləyirdi. “38 gün qaldı, 37 gün qaldı, 36...”. Sayğacın işlədiyi zaman neçə-neşə insan leykemiyadan həyatını itirirdi. Heç kimin vecinə deyildi. Yalnız beyin cərrahı xilas edilməli idi. Heç “Qızılaypara” bu qədər qan toplamamışdı.

160 min insan!

Qan verənlərin sayıdır.

Nəinki ölkədən, hətta başqa ölkələrdən qan yollayanlar da var idi.

Həkimin adı Oktar Babuna imiş. O günlərdə bilinmirdi, sən demə Adnan Oktarın baş müridi imiş.

Heç kim eşitmirdi, görmürdü, hamının ağzında bir cümlə bitmişdi – Gənc həkimi xilas edin, ölməsin!”.

Həmin dövr Türkiyədə qan təhlili etmək üçün kifayət qədər laboratoriya olmadığına görə qan örnəkləri xarici ölkələrə göndərilir. Elə bu məqamda ortaya bir qəhrəman çıxır.

Səhiyyə naziri Osman Durmuş!

Vəziyyətə etiraz edir, “qan örnəkləri xaricə göndərilə bilməz” – deyir. Bu dəfə hamılıqla Osman Durmuşun üstünə düşürlər. Xain çıxarırlar. Qəzetlər “Gənc bir həkimi öldürmək istəyir” başlıqlı xəbər yazırlar. TV-lərdə Osman Durmuşla məzələnilər, ələ salırlar.

Qanla birgə pul da yığmağa başlayırlar. Osman Durmuş məhkəməyə şikayət edir, pul yığımı dayandırılır. Sonra yığılan qanların arxasına düşür. 120 min adamdan alınan qan ortada yox idi. İzinə düşür, qanlar Amerikada ortaya çıxır.

Osman Durmuşu topa tuturlar, demədikləri qalmır, amma o, linçi vecinə almır, yoluna davam edir.

Həmin dövrdə quş qripi var idi. Qəfildən ortaya çıxan vaksinə etiraz edir. “Mən bu qədər qısa müddətdə nə olduğu bilinməyən peyvəndi vurmaram da, vurdurmaram da” – deyir. “Elmin təməli şübhəçilik və sorğulamaqdır” prinsipilə yaşayırdı və qorxmadan bu yolda vuruşurdu, mübarizə aparırdı.

Osman Durmuşun həyatı, fəaliyyəti biləndən sonra günümüzün səhiyyəsinə baxırsan, dünyanın virus-vaksin oyununa baxırsan, dərindən bir Osman Durmuş arzulayırsan.

Ruhu şad olsun!

 

Hazırladı: Eminquey