adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Yanvar 2023 11:13
1023
ELM VƏ TƏHSİL

200 min manata nə qədər ayaqyolu tikilmək olardı? - Kamran Əsədov yazır

Təhsil nazirliyi yanında İctimai Şura həmən İmişli rayon Aran məktəbində araşdırma aparmaq üçün olub və mövcud problem ilə bağlı yekun rəylərini bildiriblər.

İctimai Şura üzvləri deyir ki, məktəbdə kifayət qədər şagirdlərin təbii ayaqyolu ehtiyacını ödəməsi üçün şərait mövcuddur. Belə ki, məktəbin həyətində çoxsayda hündür və balaca ağaclar var. Onların dibi rahatlıqla ayaqyolu kimi istifadə oluna bilər.

Deməli, müəllimin iddiası əsassızdır.

Digər Şura üzvü qeyd edib ki, şagirdlər azyaşlıdr. Müəllim öz vəzifə borcunu yerinə yetirməyib.

Belə ki, müəllim uşaqların azyaşlı olduğunu nəzərə alaraq onların sinifin bir küncündə qarşokdan istifadə etməsinə imkan verməli və ya onlara pampersən istifadə etməyi təmin etməli idi.

İctimai Şura üzvləri yekunda bildiriblər ki, belə mənasız məsələlər ilə onları narahat etməsinlər.

Onlar daha ciddi məsələlər ilə, qrant layihələrinə pul alıb xərcləmək ilə məşğuldurlar.

Görəsən İctimai Şura katibinin Gənc Müəllimlər Assosiasiyasına verilən 200 min manata nə qədər ayaqyolu tikilmək olardı?

P.S. Burada qeyd olunanların hamısı xəyal məhsuludur, reallıqda baş verməyib.