adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 May 2022 18:47
1645
MƏDƏNİYYƏT

44 günlük savaşdan əvvəl çəkilən “Şuşi: Amin” filmi dağ çəkdi: Yenə də “ağlaşma”...VİDEO

Ötən il Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, fövqəladə və səlahiyyətli səfir Fərid Şəfiyevmətbuata geniş bir açıqlama vermişdi. Açıqlamada deyilir:” Ermənilər tarixi hər zaman ustalıqla təhrif ediblər və Qərb də bunu qəbul edib. Bir faktı – Şuşaya Şuşi deməklərini götürək. Ermənilər Şuşaya heç vaxt Şuşi deməyiblər. Tarixi sənədlərə, kitablara baxdıqda onların hər zaman Şuşa dediklərini görə bilərik. Sovet Ermənistanında buraxılan ədəbiyyatlarda Şuşa yazılıb. Həmin kitabların bəziləri internetdə var. 1960-70-ci illərdə yazılan kitablarda Şuşa yazılıb.Yalnız 1992-ci ildən sonra ermənilər şəhərə Şuşi deməyə başlayıblar.Ermənilər Qarabağa Artsax deyirlər. Tarixi sənədlərdə bu sözü görmək olar. Amma Şuşi sözünə rast gəlmək mümkün deyil. Onsuz da Şuşa şəhəri XVIII əsrdə salınıb. Ermənilər özləri də 200 il şəhəri Şuşa adlandırıblar. Şuşi yeni bir sözdür”.

“Şuşi” ermənilərə elə böyük dərd olub ki, bu “dərd”ə həyasızcasına film də ithaf ediblər və hazırda onu kinozallarda baxışa çıxardıblar.

Adalet.az ARMmedia-ya istinadən xəbər verir ki, “Ermənilərin şərq hüdudları: artsax” seriyasından 6-cı film sayılır. Film seriyalarını Ruben Qriqoryan çəkib, onun ölümündən sonra isə Yeqoryan davam etdirib. Məryəm Yeqoryanın “Şuşa. Amin” filmi ötən gün İrəvandakı Kino Evində təqdim edilib.

Qeyd edək ki, Şuşa şəhərinin əsası 1751-ci ildə Qarabağın ilk xanı Pənahəli xan tərəfindən qoyulub və şəhər hətta bir müddət Pənahabad da adlandırılıb. 19-cu əsrin əvvəllərində rus-fars müharibəsi nəticəsində digər xanlıqlarla yanaşı, Rusiya İmperiyasına birləşdirilən Qarabağ xanlığının əsas mədəni- iqtisadi mərkəzi və paytaxtı olub. Şəhər əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Ermənicə "Şuşi" adlandırılan şəhər buranın azsaylı erməni əhalisi üçün də önəmli yerə malik olub. Ermənilər bura 1828-1830-cu illərdə Rus imperiyası dövründə köçürülüb.1992-ci ilin 8may tarixində "Qarabağın döyünən ürəyi", "musiqi və incəsənət beşiyi" "Sən tarixin özüsən, Azərbaycanın gözüsən" deyə bəhs etdiyimiz Şuşa erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 28 il sonra Şuşa Azərbaycan ordusunun rəşadəti sayəsində düşməndən geri alındı.Bu üstünlüyü, xoşbəxtliyi, alın açıqlığını bizə yaşadan ordumuza ömrümüzün sonuna qədər borcluyuq!

P.S. Ermənilərə isə ayrı söz demək, məsləhət verməyə ehtiyac yoxdu. Yəni qulaqlarına girməyəcək. Odur ki, qoy nə qədər istəyir kino çəksinlər, nə qədər istəyirlər ”Şuşi” deyirlər, desinlər, nə qədər istəyirlər ağlaşma qurub saçlarını-başlarını yolurlar yolsun... Şuşa Azərbaycandır! Qarabağ, Zəngəzur Azərbaycandır!Di ağlaşın, köpək uşağı...

Ətiqə Rəşid