26 Sentyabr 2024 16:25
123
HADİSƏ

8 Noyabr prospektindəki məhdudiyyət tam aradan qaldırıldı

8 Noyabr prospektində hərəkətə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.

Adalet.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.