adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Avqust 2022 16:06
270
DÜNYA

ABŞ “meymunçiçəyi”nə qarşı peyvəndin tədarükünü artırır

ABŞ “meymunçiçəyi”nə qarşı “Bavarian Nordic (BAVA.CO) Jynneos” peyvəndinin tədarükünü 1,8 milyon doza artıracaq.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) direktoru Roşel Valenski bildirib.

“Bu təhlükəli virusun yayılmaması üçün mümkün olan hər şeyi etməyimiz vacibdir”, - deyə o qeyd edib.

Ümumilikdə, ABŞ-da “meymunçiçəyi”nə yoluxma hallarının sayı 13 500-ü keçib.