adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Fevral 2023 12:26
264
DÜNYA

ABŞ Suriyada baş verən zəlzələ ilə bağlı Əsədə yardım etməyəcək

 ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Ned Prays, bəyan edib ki, ABŞ Suriyada baş verən zəlzələ ilə bağlı prezident Bəşər Əsəd hökumətinə kömək etməkdən imtina edib.

 Prays əlavə edib ki, Vaşinqton Əsəd hakimiyyətiylə deyil, Suriya xalqı ilə əməkdaşlıq edir. O, qeyd efib ki, amerikan tərəfinin Əsədə kömək etmək təklifi çox ironik görünər.

 "Bunun əvəzinə, bizim humanitar tərəfdaşlarımız faciəvi zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərəcək"- deyə Prays bildirib.

Suriyada baş verən zəlzələ nəticəsində 700 nəfər həlak olub, minlərlə yaralı olduğu bildirilir.

  Rüstəm Hacıyev