Acun komandasının yeni baş məşqçisini açıqladı
TV8-in rəhbəri Acun Ilıcalının sahibi olduğu “Hall Siti”nin yeni baş məşqçisi müəyənləşib.
Adalet.az xəbər verir ki, bu barədə Ilıcalı özü danışıb. O, yollarına komandanı çərşənbə günü "Uiqan"la matça (2:1) çıxaran Endi Deyvsonla davam edəcəklərini bildirib. Acun 43 yaşlı mütəxəssisin işindən razı olduqlarını vurğulayıb.
Qeyd edək ki, Deyvson 2019-cu ildən "Hall Siti"də məşqçi olaraq işləyir. O, baş məşqçi vəzifəsində bir neçə gün əvvəl istefaya göndərilən Şota Arveladzeni əvəzləyib.