adalet.az header logo
  • Bakı 16°C
09 Dekabr 2022 13:43
317
GÜNDƏM

Aİ  Azərbaycana 2 milyard avro ayırdı, ermənilər sosial şəbəkələrdə əsəbləşdi...

Hazırda erməni mediası və sosial şəbəkələr təəssüf hissi ilə bir xəbəri paylaşırlar.


Adalet.az 1lurer.am-a istinadən xəbər verir ki, Avropa İttifaqı Azərbaycana 2 milyard avro ayıracaq.
Nəşr yazır: “Aİ-nin Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, investisiyalar İqtisadi İnvestisiya Planı çərçivəsində ayrılacaq: "Avropa İttifaqı (Aİ) iqtisadiyyatın daha da şaxələndirilməsi, ölkə daxilində iş yerlərinin yaradılması və inklüziv kənd inkişafının təşviqi istiqamətində dövlətin səylərinə töhfə vermək məqsədilə Azərbaycana 2 milyard avro ayırmağı planlaşdırır".

Qeyd edək ki, hazırda erməniləri narahat edən “2 milyard avro” əslində Ermənistana verilən qrantlardan çox azdır. Ötən il Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Ermənistana 2,6 milyard avro müxtəlif xarakterli maliyyə dəstəyi, eləcə də 1,5 milyard avrodan çox qrant vermək haqqında Avropa İttifaqının bəyanatı da bizi az narahat etməyib.

 Əntiqə Rəşid