adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Yanvar 2022 15:35
1058
SİYASƏT

Akademikin məyusluğu – Uydurma erməni soyqırımının gündəmdən çıxarılması, təzminat...

Yəqin ki, xatırlayırsınız: 2012-ci ildə BMT-də qondarma soyqırımı ilə bağlı keçirilən simpoziumda çıxış edən erməni rejissor Karla Karapedyan 1915-ci il hadisələri ilə bağlı Türkiyənin 15 milyard dollar təzminat ödəməsi gərəkdiyini söyləmişdi. Karla Karapedyan 1915-ci ildə Türkiyədə 1,5 milyon erməninin öldürüldüyünü iddia etmişdi. O, bu rəqəmi Almaniyanın 1950-ci ildən bəri 6 milyon yəhudinin soyqırımına məruz qalması ilə bağlı 60 milyard dollar təzminat ödəməsinə əsaslanaraq söylədiyini bildirmişdi

Daha sonra ABŞ prezidenti Cozef Bayden 2021-ci ilin 24 aprelində rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi qətliamını "soyqırım" adlandırdı. Məhz bu açıqlamadan sonra ermənilərin iştahası qabarmağa başladı. Erməni akademik , türkoloq Ruben Safrastyan elə özü ağılda ermənilər kimi, ABŞ prezidenti Cozef Baydenin erməni xalqına göstərdiyi “dəyəri” önə cəkərək, ermənilərin Türkiyədən “təzminat” almaq üçün ciddi fəaliyyətə keçməyə çağırış etdi. Erməni akademikə görə, təzminat məsələsində bütün ermənilər “səfərbər” olmalıdırlar: “...Biz, ilk olaraq, erməni diasporadan ən yaxşı mütəxəssisləri, tarixçiləri və hüquqşünasları bu istiqamətə yönəltməliyik”. Təbii ki, Safrastyan “tədqiqat apacaq” tarixçilərin əsl “vətənpərvər” ermənilərdən tərtib olunmalarının da vacibliyini bildirdi. Axı başqa ölkələrdən gələn tarixçilər “uydurma tarixi hadisəni ”nin olmadığını təsdiqləyə bilərlər.

Söylədiyim bütün bu hallar Azərbaycan ordusunun erməni işğalçıları ilə arasındakı 44 günlük müharibədən əvvəl baş vermişdi. 44 günlük müharibə Ermənistan dövlətinin və ordusunun gücsüzlüyünü, səriştəsizliyini ortaya qoydu və ermənilər tamamilə məğlub oldular. Dünya düşünürdü ki, ermənilər həm cəbhədə, həm də siyasət meydanlarında məğlubiyyətə düçar olduqdan sonra onların yaxın qonşulara xüsusən Azərbaycana, Gürcüstana, Türkiyəyə qarşı torpaq və digər iddiaları donar, səngiyər.

Ermənistanın Türkiyə ilə yaxınlaşmaq istəyi

Türkiyə və Ermənistan arasında münasibətlərin yaxşılığa doğru getməsi yolunda ilkin şərtin birincisi məhz bu məsələdir. Türkiyənin hakim partiyasının sədr müavini Ömər Çelik ötən ilin son günü vurğuladı ki, arxivlərin açılması, erməni soyqırımı iddialarının siyasi tribunalardan çıxarılması məsələsi əsasdır.

 

Təzminat iştahası qabarıq qalan və bunun üçün ermənilərə çağrış edən erməni türkşünas Ruben Safrastyan hazırda anlayır ki, Türkiyə ilə Ermənistan yaxınlaşmasında, təbii ki, birinci arxivə gedən məsələ uydurma “1915-ci il soyqırımı” və təzminat məsələsi olacaqdır. Odur ki, akademik kədərli bir açıqlama ilə çıxış edib:“Türkiyə tərəfi əsasən vurğulayır ki, Türkiyə öz ilkin şərtlərini qoymalı, Ermənistandan həmin 3+1 ilkin şərtləri qəbul etməyi tələb etməlidi Türkiyədə öz gözləntilərini belə yazmırlar, çünki bu dəfə Ermənistana

təzyiq göstərə biləcəklərinə və bütün o ilkin şərtləri qəbul edəcəklərinə əmindirlər”.

Əlbəttə, bu belə də olmalıdır. Yalan, uydurma, “Böyük Ermənistan” xülyası da bir yerə qədər...

 

Əntiqə Rəşid