25 Sentyabr 2024 13:37
244
MƏDƏNİYYƏT

Aktrisanın  şəxsi həyatında nə baş verir? - Məhkəməyə verdilər

Aktrisa Nəzakət  Məmmədova ailəsində yaşanan problemlə gündəm olub.

Adalet.az xəbər verir ki, aktrisanın oğlu boşanıb və bu boşanmadan sonra əks tərəflə qalmaqal yaşanıb:

“Oğlum dava ilə ayrılmayıb. Anlaşa bilmədilər normal şəkildə ayrıldılar. Mən gəlnimlə çox yaxşı idim. Heç nəyi söz etməyi sevmirəm. Buna heç yaxşı da baxmıram. Boşanma olanda gəlin gətirdiyi cehizi və onan alınan qızılları apardı. O onun haqqı idi. Bununla bağlı əlimizdə sübut da var. Ancaq məhkəmənin qərarından narazı qaldılar. Və yenidən məhkəməyə müraciət etdilər. İddia edirlər ki, heç nəyi aparmayıblar hər şey bizdə qalıb. Bu necə ola bilər axı əlimizdə sübut da var. Apellyasiya məhkəməsinə müraciət etdilər, məhkəmə şikayətlərini təmin etdi. Sonra biz Ali məhkəməyə müraciət etdik. Ali məhkəmə isə Apellyasiya məhkəməsinin qərarını təsdiqlədi. Yenidən məhkəməyə müraciət etmişik. Ümid edirəm ki, bu problemin həlli ilə bağlı aidiyyatı orqanlar mənə kömək edəcəklər. Və haqsız çıxarılmış qərar ləğv olunacaq”.

Əntiqə