adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
08 Yanvar 2022 11:04
963
ŞOU-BİZNES

Aktyorun italiyalı nişanlısı  “ağlayaraq ayrıldığını etiraf etmiş...”

"Erkenci kuş" serialı ilə İtaliyada da məşhurlaşan türkiyəli aktyor Can Yaman orada məşhur makaron markalarından birinin siması oldu.

 

Həmin vaxt  italiyalı aparıcı Diletta Leotta ilə böyük eşq yaşamağa başladı. Hətta Türkiyəli aktyor Can Yaman sevgilisi Diletta Leotta, anası Güldem və atası Güven ilə axşam yeməyi zamanı restoranda görüntülənməsindən sonra cütlüyün evlilik xəbərləri də yayıldı. Şübhə və dedi-qodulara C.Yamanın anası Güldem Yaman cütlüyün nişanlandığını deyərək nöqtə qoydu:


"İlk addım atıldı, nişanlandılar. Toy inşallah gələn il olacaq. Nə vaxt necə olacağını isə özləri qərar verəcək".

 

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Söylemezsem Olmaz” maqazin verlişinin aparıcıları Bircan Bali, Seren Serengil ve Arto proqramında    cütlüyün ayrıldığı xəbəri veriiblər. Aparıcı Bircan Bali bildirib ki, "Diletta Leotta İtalyada bir verlişdə ağlamış, ayrıldıqlarını söyləmiş, üzüyünü də çıxarmış. Ağlayaraq ayrıldığını etiraf etmiş”

 

 Qeyd edək ki,  verlişin aparıcıları Can Yamanın  İtaliyada daha çox tanınmaq üçün Diletta Leotta ilə yaxın olduğunu iddia ediblər. Onların fikrincə, karyerasının yüksəlməsi üçün Can Yaman üçün evlilikdən dönmək adi bir haldı.

 

Əntiqə Rəşid