adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Iyul 2022 09:57
701
İQTİSADİYYAT

"Almaniya iqtisadiyyatı durğunluq nümayiş etdirib"

Avropanın ən böyük iqtisadiyyatına malik Almaniya ikinci rübdə iqtisadi artımın bir qədər yavaşlaması səbəbindən tənəzzülə uğraya bilər.

Adalet.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, ölkə iqtisadiyyatı ikinci rübdə 7,3% artımla rəsmi olaraq durğunluq nümayiş etdirib. “Credit Suisse” və “Deutsche Bank”ın iqtisadçıları ilin ikinci yarısından ən azı bahara qədər ölkənin ümumi daxili məhsulunun rüblük azalacağını proqnozlaşdırıb.