adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Iyul 2022 16:34
986
SAĞLAMLIQ

Ananın vurduğu iynədən şoka düşən uşaq öldü

Mingəçevirdə ananın vurduğu iynədən şoka düşən övladı ölüb.

Adalet.az Unikal.org-a istinadən xəbər verir ki, iynə vurulması nəticəsində şoka düşən iki yaşlı Nuray İslamzadə xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, nənəsinin evində halı pisləşən Nuray İslamzadə və üç yaşlı qardaşı Fərrux İslamzadəyə anaları antibiotik iynə vurub. Hər iki uşağın vurulan iynədən sonra vəziyyəti pisləşib. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.