Anar Bağırov "Gürcüstan Vəkillər Kollegiyasının 20 illiyi" yubiley medalı ilə təltif edilib
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov "Gürcüstan Vəkillər Kollegiyasının 20 illiyi" yubiley medalı ilə təltif edilib.
Bu barədə Adalet.az-a VK-dən məlumat verilib.
Bildirilib ki, Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Vəkillər Kollegiyasının (GVK) dəvəti ilə GVK-nın 20 illik yubileyinə həsr edilmiş "Hüquqşünasların (Vəkillərin) Müdafiəsi haqqında Konvensiya – Hüququn aliliyinin qorunması üçün səmərəli vasitə" mövzusunda keçirilən beynəlxalq konfransda və digər yubiley tədbirlərində iştirak etmək üçün Tbilisi şəhərində rəsmi səfərdə olub.
Səfərdə VK-nın sədr müavini Pərviz Ələkbərov və Kollegiyanın Beynəlxalq Əməkdaşlıq əlaqələndiricisi Gözəl Hüseynzadə də iştirak ediblər.
Konfransda Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA), Avropa Şurası, eləcə də dünyanın müxtəlif ölkələrinin Vəkillər kollegiyalarının, hüquq cəmiyyətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən GVK-nın sədri David Asitiani konfrans iştirakçılarını və qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib.
Konfransda VK-nın sədri Anar Bağırov "Vəkillik peşəsinin müstəqilliyinin və keyfiyyətli ədalət mühakiməsinin təmin edilməsində özünüidarə edən Vəkillər kollegiyalarının rolu" mövzusunda çıxış edərək son illərdə Azərbaycanda vəkilliyin müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlardan, görülən mühüm işlərdən danışıb.
Sədr çıxışında son illər ərzində VK ilə GVK arasında formalaşmış dostluq və qarşılıqlı faydalı əməkdaşlığın Azərbaycan vəkilləri tərəfindən yüksək qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb
Konfransın sonunda GVK-nın sədri David Asitiani tərəfindən VK-nın sədri Anar Bağırova "Gürcüstan Vəkillər Kollegiyasının 20 illiyi" yubiley medalı təqdim edilib.
Öz növbəsində, Anar Bağırov da David Asatianiyə Kollegiyanın "Fəxri vəkili" diplomunu və rəmzi vəkil mantiyasını təqdim edib. Eyni zamanda GVK-nın bir sıra nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.
Səfər çərçivəsində VK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Digər Xəbərlər
05 Dekabr 2025 19:40
Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib
05 Dekabr 2025 16:09
Məhkəmə Əli Kərimli ilə bağlı qərar verdi
03 Dekabr 2025 16:52
Altay Göyüşovla bağlı istintaq yekunlaşdı
03 Dekabr 2025 15:39
Baş Prokurorluqdan müraciət - Məlumatlarınızı tanımadığnız şəxslərə verməyin!
02 Dekabr 2025 17:41
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi
01 Dekabr 2025 20:10
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənildi
01 Dekabr 2025 14:50
Məhkəmə Əli Kərimli ilə bağlı həbs qərarı verdi
28 Noyabr 2025 14:42


Bakı -°C

