26 Sentyabr 2024 22:01
108
DÜNYA

Anna Akopyanın Əminə Ərdoğanla səmimi görüşü - FOTOLAR + VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Nyu-Yorkda Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb. 

Adalet.az erməni mediasına istinadən xəbər verir ki, Nyu-Yorkda ABŞ-nin birinci xanımı Cil Baydenin adından verilən ziyafətdə iştirak edən Anna Akopyan Əminə Ərdoğana yaxınlaşaraq onunla səmimi söhbət edib, əlini tutub. 

Annanın Türkiyə liderinin xanımı ilə səmimi münasibəti erməniləri əsəbiləşdirib. Sosial mediada Paşinyanın xanımının Əminə Ərdoğana səmimi münasibət göstərməsini qəbul edə bilməyiblər.