adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Fevral 2023 12:27
713
GÜNDƏM

Araşdırma: Haylar Rusiya SM nəzarətindəki kənddə üzüm bağı salır, şərab zavodu tikir...

Ermənilər ekoetirazçılara göz dağı vermək üçün Qarabağda kənd təsərrüfatı işlərinə start veriblər.


Adalet.az xəbər verir ki, 44 günlük müharibə nəticəsində Hadrut rayonunun Mets Tager (Böyük Tağlar) və Toq (Tuğ) kəndlərində 300 min üzüm kolunu və şərab zavodunu itirən sahibkar Samvel Qriqoryan buna baxmayaraq, üzümçülükdən əl çəkməyib. O, yeni müqavilə bağlayıb, yeni üzüm bağı salmağa başlayıb.


Sahibkar Qriqoryan deyib ki, artıq yer seçilib, dövlət onu prioritet əhəmiyyətə malik ərazi kimi tanıyıb:” Təqdim olunan biznes plan çərçivəsində 200 min üzüm kolundan ibarət üzüm bağının becərilməsi və 300 min şüşə şərab istehsalı zavodunun tikintisi üçün maliyyə ayrılacaq. Ümumi investisiya 3,5 milyon ABŞ dolları təşkil edəcək. Bu günə kimi Fransadan gətirdiyimiz 100 min üzüm kolu artıq əkilib. Biz 5 üzüm sortunu yetişdiririk: Pinot Noir, Merlot, Cabernet Sauvignon, Cabernet Franc və Syrah, keyfiyyətli şərablar istehsal edəcək”.
İlk məhsul 2024-cü ildə yığılacağını, bu müddət ərzində şərab zavodu tikilib istifadəyə veriləcəyini deyən Samvel Qriqoryan sonda vurğulayıb ki, o, nə qədər ki, yer üzündə olacaq, o vaxtadək üzüm bağları salacaq.

Qeyd edək ki,   əkin sahəsi  ermənilərin Tsağkaşat adlandırdığı  Qışlaq kəndi  Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə görə, Xocalı rayonunda yerləşir. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qışlaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib.Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salındığı üçün belə adlandırılıb. 


Xatırlatma: 2019-cu ilin payısında ermənilər Azərbaycanın Araz çayı sahili boyu yerləşən işğal altındakı ərazilərində məskunlaşma və quruculuq işlərini davam etdirirdilər və bunu mediada sürəkli tirajlayırdılar. Cəbrayıl rayonunun Qumlaq kəndi yaxınlığında salınmış və “Araksavan” adlandırılmış qəsəbənin iki erməni sakini 120 hektar ərazidə nar bağı salmışdı. Fermerlər Henrik Aslanyan və Qagik Satryan nar tinglərini və müasir suvarma sistemlərini ABŞ-dan gətirmişdil ər.
Noldu a fermerlər... Məshul götürə bildiniz? Amerikadan gəlmiş nar tingləri kimə qaldı?


Əntiqə Rəşid