adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Oktyabr 2022 15:22
516
İDMAN

AXIR Kİ, BİR XOŞ XƏBƏR EŞİTDİK 

Çox narahat idik ki, milli komandamızın baş məşqçisi De Byazinin müqavilə müddəti bitir, o da acıq edib gedəcək, komandamız başsız qalacaq. Amma Allaha şükür ki, AFFA dünya şöhrətli bu məşqçini birtəhər yalvarıb-yapışıb saxlaya bilib  və 2024-cü ilədək (2024 də  içində olmaq şərtilə) müqaviləni  imzalada bilib. 

5 il Foqts milli komandamızın içinə oturdu, 4 il də  De Byazi oturacaq. 

Qurban olasan əlinin  altındakı «Qarabağ»ın və «Neftçi»nin futbolçularına ki səni xilas etdilər. 

Qədir Rüstəmovun sözü olmasın, özümüzünkülər qırılıb qurtarıb da, neyləyək?

Və yəqin ki, Maksim Medvedevi də  Qara Qarayev kimi komandadan uzaqlaşdıracaq.  Çünki Maksim onu tənqid edib  və deyib ki, milli  komanda üçün ən layiqli namizəd Rəşad Sadıqovdur.