adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Dekabr 2021 18:28
2248
MƏDƏNİYYƏT

Aygül Bağırovanın "Qalib Sərkərdə" kitabının təqdimatı olub - VİDEO

Gənc yazar Aygül Bağırovanın “Qalib Sərkərdə” kitabının təqdimat mərasimi keçirilib.

Kitab Müzəffər Ali Baş Komandanın doğum günündə Atatürk Mərkəzində oxuculara  təqdim olunub. Təqdimat mərasimində yazıçılar,ictimai xadimlər və gənclər iştirak edib.Kitabın müəllifi təqdimatın Ali Baş Komandanın doğum günündə baş tutmasının heç də təsadüf olmadığını bildirib. 

Kitab Qarabağdakı 44 gün davam edən II Vətən Müaribəsinin müxtəsər ensiklopediyası kimi hazırlanıb.

Ümumilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətləri,Prezident İlham Əliyevin Qalib sərkərdə kimi 44 günlük tarixi fəaliyyəti,hadisələrin günbəgün xronologiyası kitabda əks olunub.

Kitabda ardıcıl  şəkildə Ali Baş Komandanın və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətən Müharibəsində rəşadətli Ordumuzun işğal altında olan kənd və rayonlarımızın azad edilməsi ilə bağlı xalqımıza Qələbə müjdəsi çatdıran müraciətləri də yer alıb.Kitabın hər səhifəsində torpaqlarımızı azadlığa qovuşduran Müzəffər Ordumuza,Vətənimizə,Ali Baş Komandanımız İlham Əliyevə və xalqımıza dərin sevgi əks olunub.

Qalib Sərkərdə kitabını Azərbaycan qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu və yazışı,kulturoloq Aydın Xan Əbilov redaktə edib.

 

Kitab Qarabağdakı 44 gün davam edən II Vətən Müaribəsinin müxtəsər ensiklopediyası kimi hazırlanıb.