adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
24 Dekabr 2021 11:06
2739
ELM VƏ TƏHSİL

"Azad edilən ərazilərdəki məktəblərdə rəqəmsal layihələrin daha geniş tətbiqi nəzərdə tutulur" - Nazir

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın başlaması fonunda məktəblərimizin yaradılması, təhsilin bərqərar edilməsi də qarşımızda duran əsas vəzifədir.

Adalet.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" elmi-praktik konfransında çıxışı zamanı deyib.

"Şuşada tikintisinə başladığımız məktəb, Cəbrayıl və Adamda layihələndirilən yeni məktəblər Azərbaycan təhsilində uzun müddət arzusunda olduğumuz dəyişiklikləri etməyə imkan yaradacaq. İşğaldan azad edilən ərazilərdə qurulacaq məktəblərdə son dövrlər ərzində rəqəmsal bacarıqlar və STEAM kimi layihələrin daha geniş tətbiqi nəzərdə tutulur.

Tikinti-quruculuq əmək bazarında da ciddi aktivlik yaradacaq.

Bu gün auditoriyalarımızda olan tələbələrimizin gələcək fəaliyyəti həmin ərazilərlə bağlı olacaq.

Bu ərazilərdə və ora yaxın yerlərdə peşə təhsilinə maraq artacaq. 10 minlərlə peşəkarın hazırlanmasında peşə təhsilini önəmli sayıram.

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayında ciddi dinamika var.

Müstəqilliyimizin 30 ili ərzində qəbul olan abituriyentlərin sayı 3 dəfə artıb. Lakin inkişaf etmiş plkələrlə müqayisədə bu rəqəm azdır.

Qarabağda aparılan müasir və innovativ layihələrin tətbiqi ciddi araşdırmalar, elmi tədqiqatlar tələb edir. Bu da ali məktəblər arasında yeni imkanlar açır.

Qarabağın bərpası Azərbaycanın növbəti 10-20 ilinin istər təhsil, istər iqtisadiyyatının ən böyük uğur hekayəsi olacağını düşünürəm", - nazir deyib.(trend)