adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Yanvar 2022 14:37
246
MƏMLƏKƏT

Azad edilmiş ərazilərə avtobus marşrutları açılacaq

Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir.

Trend-in əldə etdiyi məlumata görə, ilkin mərhələdə Şuşa və Ağdama reyslər üçün şərait yaradılacaq.

Nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir.

"Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur", - məlumatda deyilir.