adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
02 Iyul 2022 12:18
557
SİYASƏT

Azərbaycan dünyada sülhün və dayanıqlı inkişafına öz töhfəsini verir

Azərbaycan üzv olduğu hər bir təşkilatda daim öz fəallığı, təşəbbüsləri ilə seçilir. Ölkəmiz BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv baxmayaraq, fəaliyyətinin ilk günlərindən başlayaraq həmrəylik, qarşılıqlı əməkdaşlıq, eyni zamanda, Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışmışdır. Qeyd etmək lazımdır ki, ədalətlin, sülh və təhlükəsizliyin təmin olunması hər zaman aktual olmuşdur. Əfsuslar olsun ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə kimi mühüm prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılmır. Buna görə bu gün də dünyada müharibələr, münaqişələr baş verir. Bütün bu ədalətsizliyin, ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində Azərbaycan davamlı olaraq təşəbbüslər göstərir.

Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunan və iştirak edən Azərbaycanın bu təşkilata sədrlik etməsinin əsas səbəblərindən biri də elə bu idi. Artıq 5 il sonra, yəni 2016 –cı ildə 120 ölkə yekdil dəstəyini göstərdi. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısı keçirildi və ölkəmiz 2019-2022-ci ilə qədər sədrliyi üzərinə götürdü. Qoşulmama Hərəkatına sədrliyimizin üzv ölkələrin qərarı ilə 2023-cü ilin axırına kimi uzadılmasını ölkəmizə göstərilən böyük hörmət və fəaliyyətimizə verilən yüksək qiymətdir.

Bu nəyin göstəricisidir? Əlbəttə ki, Azərbaycana, onun Prezidenti İlham Əliyevə olan etimaddır, etibardır. Bizim bu təkilata sədriliyimiz çox çətin və mürəkkəb dövrü əhatə edir. Belə ki, ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü. Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə çox aktiv fəaliyyət göstərirdi. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi istiqamətində ən bariz nümunələrdən biri idi. Bunun nəticəsində biz 2020-ci ilin dekabr ayında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyanın xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu. Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı birbaşa Qoşulmama Hərəkatının üzv dövlətlərinə ayrılmışdır. Hər zaman bərabərsizliyə, ayrı-seçkiliyə qarşı çıxan Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ilk ölkələrdən biri oldu. Bir çox ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələr peyvəndlərin mütləq əksəriyyətindən istifadə edirdi. Buna görə də peyvənd millətçiliyinə qarşı mübarizəmiz Beynəlxalq Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir.

Hər bir ölkənin maraqları, hər bir xalqın hüquqları qorunmalı, eyni münasibət bəslənilməlidir. Prezident İlham Əliyievin dediyi kimi, “Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və əlbəttə ki, biz hamımız səsimizin dünya miqyasında eşidilməsini istəyirik”.Bu baxımdan Hərakatın institutsional inkişafı üçün Azərbaycan sədrliyi müddətində bir neçə vacib təşəbbüslər irəli sürdü. Bunların sırasında Qoşulmama Hərəkatının Çənclər şəbəkəsinin, Parlament şəbəkəsinin yaradılması ilə bağlı olan təkliflər idi. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bu barədə Qoşulamama Hərakatının Bakı Konfransında çıxış edərkən Prezident İlham Əliyev bildirdi ki, “Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək”.

Hal- hazırda Hərəkat Azərbaycanın səmərəli sədrliyi nəticəsində qüdrətli dövrünü yaşayır və dünyada böyük söz sahibinə çevrilmişdir. Ölkə başçısı İlham Əliyevin dünyada baş verən çoxölçülü siyasi proseslər fonunda irəli sürdüyü ədalətli və aktual təşəbbüslər Qoşulmama Hərəkatını əhəmiyyətli beynəlxalq platformaya çevirməklə yanaşı, ölkəmizin də dünya dövlətləri arasında nüfuzunun artmasına gətirib çıxarmışdır.

Prezident İlham Əliyev Bakı Konfransında qeyd etdiyi kimi, “Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik”. Əlbəttə ki, ölkəmizin sərgilədiyi ədalətli və obyektiv mövqeyi Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən hər zaman dəstəklənmiş və həmrəy olmuşdur. Belə həmrəylik nümunəsi Ermənistan tərəfindən 30 ilə yaxın işğalda saxlanılan torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Azərbaycan öz torpağında ədaləti, eyni zamanda, beynəlxalq hüququ bərpa edirdi. Ancaq həmin vaxt bəzi ölkələr Azərbaycana qarşı qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar.Onladan bəziləri bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dövlətlər anti-Azərbaycan mahiyyətli bəyanatın qəbul olanmasının qarşısının alaraq ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Bu həm də dövlətlərin həqiqətən də, sülhü, təhlükəsizliyi, ərazi bütğvlüyünü müdafiə etdiklərini göstərdi.

Qoşulmama Hərəkatının Bakıda keçirilən Konfransında artıq Parlament Şəbəkəsini yarandı. Məlumdur ki, keçən ilin noyabrında Madriddə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə uyğun olaraq Parlamentlərarası İttifaqın 143-cü assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilmişdir. Bakı konfransında Qoşulmama Hərəkatının üzvü olan 40-dan çox ölkənin parlamentləri və 9 beynəlxalq parlament təşkilatı təmsil olunmasını üzv dövlətlərin parlamentlərarası əməkdaşlığa verdiyi əhəmiyyətin əyani göstəricisidir. Hazırda parlament diplomatiyasının qlobal səviyyədə inkişaf etdirilməsi zərurəti vardır. Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın dediyi kimi, “ hazırkı beynəlxalq mürəkkəbliklər kontekstində, çoxtərəflilik və beynəlxalq əməkdaşlığın indi hər zamankından daha vacib olduğu bir vaxtda bu diplomatiyanın böyük əhəmiyyət kəsb edir” .

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının mövzusu da hazırkı vəziyyətlə səsləşir. Azərbaycanın “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda konfransına ev sahibliyi etməsi də rəmzi məna daşıyır. Çünki, bu gün Azərbaycan dünyay sülh yaratma prosesi istiqamətində mühüm bir təcrübə sərgiləyir. Digər tərəfdən isə dayanıqlı inkişafa öz töhfəsini verir. Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi, həmçinin nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədrinin yer alması konfransın mötəbərliyinin və əhəmiyyətinin göstəricisidir. Bu sahədə qlobal səviyyədə parlamentlərarası əməkdaşlığın inkişafına, əlaqələrin genişlənməsinə əhəmiyyətli zəmin yaradacaq, həmrəyliyi gücləndirəcək platformaya ehtiyac var. Konfrans çox məhsuldar keçdi, belə ki, tədbir zamanı,“Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olundu, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq edildi, qurumun sədri və sədr müavinləri seçildi.Eyni zamanda, tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə iki tərəfli görüşləri keçirldi.

Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri,

professor Hicran Hüseynova