27 Sentyabr 2024 10:04
142
GÜNDƏM

Azərbaycan erməni uşaqların dincəldiyi düşərgələri maliyyələşdirir? - İfşa olan erməni yalanı

Erməni mediasının bir yalanının üstünü elə erməni mediası açıb.

Adalet.az
xəbər verir ki, son günlər sosial şəbəkələrin erməni seqmenti və mediası guya “azərbaycanpərəst” Macarıstanda təhlükəli məqamlar aşkar ediblər. Beləki,  Qarabağdan könüllü köçən ermənilərin 120 uşağının bu yaxınlard Macarıstanın məşhur "Erzsébet Düşərgələri"ndə dincəldiyi yay düşərgəsinin Azərbaycan tərəfindən maliyyələşdirildiyi ilə bağlı xeyli səs-küy yaranıb.
Erməni mediası məsələ ilə bağlı məqalədə yazır: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2024-cü il avqustun 21-də Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 120-yə yaxın uşağın yay düşərgəsində iştirak etmək üçün Macarıstana getdiyini açıqlamışdı. Macarıstanın xarici işlər naziri  Qarabağdan olan 1000-ə yaxın uşağın Macarıstan yay düşərgələrində iştirak edəcəyini təsdiqləmişdi.


Bəzi KİV-lərdə düşərgələrdə olan  həmin uşaqlar hədəfə alındığını, uşaqların “Azərbaycan və Türkiyənin təsiri altında agentlərə” çevriləcəyini və ya uşaqların “sındırılmasına” və “beyinlərinin yuyulmasına” cəhd ediləcəyini iddia edirdilər .
Sözügedən proqramı həyata keçirən vəsaitlərdə Azərbaycanın da müəyyən maliyyə iştirakının olması barədə məlumatların yayılması narahatlığı artırır. Maraqlıdır ki, Macarıstan fondlarının Azərbaycan tərəfindən maliyyələşdirilməsinə dair heç bir sübut təqdim edilməyib. “Erzebet düşərgələri” proqramı əsasən Macarıstanın dövlət büdcəsindən “Uşaqlar üçün Erzebet Karpat hövzəsi” fondu vasitəsilə maliyyələşdirilir.
Bundan əlavə, proqram Avropa Sosial Fondundan (EFOP) maliyyə dəstəyi,(erməni lobbisinin təsir dairəsi olan fondlar) vətəndaşlardan və özəl şirkətlərdən ianə alır .
 Erzhebet Karpat Hövzəsi Uşaqları Fondunun 2022 və 2023-cü illər üzrə illik hesabatlarını araşdırdı və Azərbaycan Hökumətindən və ya Azərbaycan fondlarından heç bir maliyyə daxilolma və ianə tapmadı” .

P.S. Xəbəri yayan məlunlar anlamır ki, onlar hələ Azərbaycana təzminat ödəyəcəklər... Yeri gəlmişkən, qarabağlı ermənilərin uşaqlarının Avropanın göbəyindəki keflərini görürəm, düşünürəm ki, görəsən, 30 il köçkün həyatı yaşamış azərbaycanlı uşaqlar niyə "ədalətli və demokratik " Avropanın diqqətini cəlb etməyib? 


Əntiqə Rəşid

 Bu da, Qarabağı könüllü tərk edən ermənilərin balaları... Avropada kef edirlər...