adalet.az header logo
  • Bakı -°C
12 Noyabr 2025 10:54
68
GÜNDƏM
A- A+

Azərbaycan MN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı verib.

Adalet.az xəbər verir ki, bununla bağlı MN-nin Teleqram hesabında paylaşım edilib.

"Başın sağ olsun, Türkiyə! Sizin acınız, bizim acımızdır! Allah rəhmət eləsin!", paylaşımda deyilir.