Azərbaycan və Ermənistan hər hansı ərazi iddialarının olmadığını təsdiq edirlər

Azərbaycan və Ermənistan bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər.
Adalet.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmış mətnində əksini tapıb.
Qeyd edilib ki, tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər.
Digər Xəbərlər

Azərbaycan-ABŞ Strateji tərəfdaşlığı tarixi sülhü və yeni qlobal perspektivləri ehtiva edir

"Əldə olunan razılaşma tarixi addım oldu" - Ərdoğan

İlham Əliyev Qətər Əmirinə zəng etdi

Kallas Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefonla danışdı

Aİ-nin müşahidə missiyasının fəaliyyətinə xitam veriləcək

Dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Saziş imzalanacaq

Azərbaycan və Ermənistan arasındakı sülh sazişinin MƏTNİ
