24 Sentyabr 2024 14:56
455
MƏDƏNİYYƏT

Azərbaycan xalq mahnı və havalarının oğrusu: Ermənilərin ilk "dahi" bəstəkarı Komitas

Əsl adı Soqomon Soqomonyan olan keşiş Komitas adı ilə məşhurlaşan  erməniyə Fransa da yubiley keçiriləcək.

Adalet.az xəbər verir ki, İlk erməni bəstəkarı olaraq tarixə keçən Keşiş Komitasın adı verilən Komitas Muzey-İnstitutu Ermənistan Respublikası Təhsil və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Komitasın 155 illik yubileyi çərçivəsində “Paris görüşləri” adlı müvəqqəti sərgini təqdim edir.
Erməni mediası yazır ki, ermənilərin ən qədim pianoçu, müğənni, musiqişünas, pedaqoq və nəhayət bəstəkarının doğum günü, sentyabrın 26-da ,saat 15:00-da bir qrup ziyalı və Komitas Muzey- İnstitutunun kollektivi onun məzarı üzərinə gül dəstələri düzəcək, panteonda da anım mərasimi keçiriləcək.

26 sentyabr 1869-cu ildə  Kütahyada doğulan Soqomon Soqomonyan bir yaşındaykən anası, 10 yaşındaykən atası ölür. 1881-ci ilə qədər atasının anası tərəfindən böyüdülür, həmin vaxtda Qərbi Azərbacyanın Üçkilsə şəhərindəki erməni kilsəsinin ruhani məktəbinə gedərək 1895-ci ildə buranı bitirərək keşiş olur. VII əsrdə yaşamış bir erməni xalq ozanı olan Katolikos Komitasın şərəfinə Komitas adını alır. "Keşiş" anlamına gələn "Vartapet" ləqəbi ilə birlikdə anılmağa başlandı.


Üçmüədzin (Eçmədzin və ya Üçkilsə) Monastırı xorunda iştirak etdikdən sonra 1896-cı ildə Berlinə gedərək Kaiser Friedrich Wilhelm Universitetinə yazılmış və musiqişünaslıq təhsili alır. 1899-da musiqişünaslıq doktoru dərəcəsini almış və Üçmüədzinə dönür.
Kənd yerlərini qarış-qarış gəzərək 3000-ə qədər erməni, Azərbaycan, Anadolu, Türk, Kürd və Fars xalq mahnısını toplayaraq nota köçürür, kolleksiya yaradır.

Daha sonra bütün bu mahnılar ermənilər tərəfindən özününkü kimi qəbul edilir və qeyri millətlərə aid mahnılar da erməni mahnısı hesab olunmağa başlayır. Məşhur "Yaylıq (xalq mahnısı)" bunlardan sadəcə biridir.
Ümumiyyətlə, erməni xalq mahnıları və havalarının tam əksəriyyəti (90%-ə yaxın) Azərbaycan xalq mahnılarına əsaslanır. Məsələn, Komitasın XX əsrin əvvəlində nota aldığı “Aman Tello” da plagiatdır , Azərbaycanlılardan oğurluqdur.



Daha sonra Eçmiədzində ruhani seminariyasında musiqidən dərs verib. Beynəlxalq Musiqi Cəmiyyətinə Avropadan kənardan qəbul edilən ilk müsiqi adamı olmuşdur. Avropada, Türkiyənin müxtəlif yerlərində və Misirdə musiqilər ifa edir, çıxışlarla nitq söyləyir.
1910-cu ildən sonra İstanbulda yaşamışıb. 300 üzvü olan Gusan Xorunu qurub. Ermənilərin iddiasına görə, 1915-ci il hadisələrinin şahidi olub.
1915-ci ildən ölənədək 20 il Parisdə psixiatriya xəstəxanasında saxlanılıb. O, ermənilərin saxta soyqırımı iddiasının əsas təbliğatçılarından olub. Soqomon Soqomonyan 1935-ci ildə Parisdə psixiatriya xəstəxanasında ölüb.
Son olaraq qeyd edək ki, Ermənistanın Fransadakı səfirliyi və burada fəaliyyətdə olan şirkətləri, eyni zamanda ölkədə yaşayan bütün ermənilərin tədbirdə iştirak edəcəyini də erməni mediası yazır.


P.S. Soqomon 1915-ci ildən sonra Parisdə psixatriya xəstəxanasında (dəlixanada ) 20 il yatıbsa, bəs görəsən Fransa xalqına hansı xidməti göstərib ki, indi Parisdə onunla bağlı tədbir keçirilir.

Abır-həyadan kasad toplum...


Əntiqə Rəşid