"Azərbaycan yığması ciddi komandadır" - İslandiya millisinin baş məşqçisi
Sabah bizi çətin oyun gözləyir. Pley-off şansımızı saxlamaq üçün mütləq qalib gəlməliyik.
Adalet.az xəbər verir ki, bu sözləri İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib. O, Azərbaycan millisinin ciddi rəqib olduğunu bildirib: “Rəqib bizə hər an təhlükə yarada bilər. Heyətində yaxşı oyunçular var. Biz bunu Ukrayna ilə matçlarda da gördük. Azərbaycanla ilk görüşdə hər kəs rəqibimizi zəif sayırdı. Lakin həmin matçda biz daha güclü oynadıq. Bu, futboldur, istənilən hesab qeydə alına bilər. Rəqibimizə hörmətlə yanaşırıq”.
Qeyd edək ki, Azərbaycan-İslandiya matçı noyabrın 13-də 8-ci kilometr qəsəbə stadionunda saat 21:00-da başlayacaq.


Bakı -°C

