adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Iyul 2022 12:23
416
SAĞLAMLIQ

Azərbaycana meymunçiçəyi testləri gətiriləcək

Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyi virusunun təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən ölkələrdən olub. 

Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, artıq həmin testlər ÜST-nin Azərbaycandakı Nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib.

Nazir qeyd edib ki, testlər yaxın 2-3 gün ərzində Azərbaycana gətiriləcək.