adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Yanvar 2022 18:35
396
SAĞLAMLIQ

Azərbaycanda 359 nəfər COVID-19-a yoluxub - 8 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 359 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 626 085 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 608 777 nəfər müalicə olunaraq sağalıb, 8529 nəfər vəfat edib, aktiv xəstə sayı 8 779 nəfərdir.

Ölkədə son sutka ərzində 4 261, hazırkı dövrədək isə 6 010 761 test aparılıb.