adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
08 Yanvar 2023 15:43
894
MƏMLƏKƏT

Azərbaycanda bu yol buz bağladı, hərəkət çətinləşdi

Ağsu dolaylarında yağan qar fəsadsız ötüşməyib.

Adalet.az xəbər verir ki, bəzi kiçiktutumlu avtomobillər hərəkət zamanı sürüşərək yolda qalıblar.

Hazırda yolların qardan təmizlənməsi məqsədilə 4 nömrəli Magistral Yolları İstismarı MMC-nin ağır texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub və yollara duz, qum səpərək dolaylarda avtomobillərin intensiv hərəkətinin tənzimlənməsi işlərini həyata keçirirlər.

MMC-nin sahə rəisi Eldar İsrafilov sürücülərə təhlükəsizlik məqsədilə axşam saatlarında alternativ yollardan, eləcə də Bakı-Qazax yolundan istifadə etməyi məsləhət görür.

Sahə rəisi onu da bildirib ki, Ağsu dolaylarında axşama doğru yolların buz bağlaması istisna olunmur. Sürücülərə bir müddət Ağsu-Kürdəmir yolundan istifadə etmək məqbul sayılır.