"Azərbaycanda dini sahədə ciddi proseslər gedir" - Deputat
"Son illərin dini fəaliyyət sahəsində ən mühüm qərarlarından biri də din xadimlərinə dövlətin maddi dəstək göstərməsidir. Hazırda ölkədə təxminən 2250 məscid var. Təxminən 1000 nəfər ətrafında din xadimi dövlətdən maddi dəstək alır. Düzdür, bu məscidlərin hamısı tam fəaliyyət göstərmir. Ancaq fəaliyyətdə olan məscidlərdə bir neçə din xadimi fəaliyyət göstərir. Hesab edirəm az da olsa dövlətdən maddi dəstək alan din xadimlərinin əhatə dairəsinin genişləndirilməsi din sahəsində proseslərə müsbət töhfə verə bilər".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, bir sıra bölgələrdə dini tarixi abidələrin xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var: "Din tədbirlərə vəsaitin artırılması təqdirəlayiqdir. Düşünürəm eyni zamanda dini maarifləndirmə sahəsinə də vəsaitin artırılmasına ehtiyac var. Azərbaycanda dini sahədə ciddi proseslər gedir. Qeyri-ənənəvi radikal dini təriqətlərin üzvlərinin sayında artım müşahidə olunur. İnzibati tədbirlərlə yanaşı maarifləndirmə işi də çox önəmlidir".
Digər Xəbərlər
12 Noyabr 2025 13:09
Prezidentin Naxçıvandakı yeni nümayəndəsi kimdir? - DOSYE
12 Noyabr 2025 12:15
Günel Bəhramqızı şöbə rəisi təyin edildi
12 Noyabr 2025 10:55
“Uşaq sosial şəbəkədə deyil, real həyatda öz dəyərini tapmalıdır...”
12 Noyabr 2025 10:54
Azərbaycan MN Türkiyəyə başsağlığı verdi
12 Noyabr 2025 10:17
Kamran Əliyev: Beynəlxalq tərəfdaşlarla kibertəhdidlərə qarşı mübarizədə zəruri tədbirlər görülür
12 Noyabr 2025 09:55
Hərbçilərin maaşı ilə bağlı qərar verildi
12 Noyabr 2025 09:49
DYP sürücülərə müraciət etdi
12 Noyabr 2025 07:49


Bakı -°C

