adalet.az header logo
  • Bakı -°C
12 Noyabr 2025 07:49
64
GÜNDƏM
A- A+

Azərbaycanda dörd günlük bayram tətili BAŞA ÇATDI 

Zəfər Günü və Dövlət Bayrağı ilə əlaqədar 4 günlük bayram tətili başa çatıb.

Adalet.az xatırladır ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günü idi.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olub.

Beləliklə, bayramlarla əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olub.

Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günüdür.

Qeyd edək ki, Konstitusiya Günü (12 Noyabr) və Milli Dirçəliş Günü (17 Noyabr) isə iş günü olan bayram günləridir.