adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Yanvar 2022 08:55
348
SAĞLAMLIQ

Azərbaycanda koronavirusa ən az yoluxma hansı ərazidədir?

Ötən il Naxçıvan Muxtar Respublikasında 200 min nəfərdən çox vətəndaş vaksinasiya prosesinə cəlb olunub. Həmçinin risk qrupuna daxil olan səhiyyə işçilərinə qrip virusuna qarşı peyvəndlərin tətbiqinə başlanılıb. 2022-ci ilin yanvar ayından tətbiq olunan qrip əleyhinə peyvənd bu gün 100-dən artıq tibb işçisinə vurulub. Aparılan tibbi-profilaktik tədbirlərin nəticəsi olaraq, ölkə üzrə koronavirusa ən az yoluxma faktı Naxçıvanda qeydə alınıb.

Bu barədə Adalet.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Nazirlik bildirib ki, COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.