adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Iyul 2022 16:04
1354
TEXNOLOGİYA

Azərbaycanlı gənc İlon Maskın şirkətində çalışacaq

Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi ixtisasının məzunu Paşa Feyzullayev “Tesla” şirkətində işə başlayıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Məlumata görə, P.Feyzullayev öz ixtisasına uyğun olaraq, kimya mühəndisi kimi çalışacaq:

“Mən düşünürəm ki, sonuna qədər çalışırsınızsa, sizin üçün xeyirli olan, əldə edə bilməyəcəyiniz bir şey yoxdur! Mən bacardımsa, siz də bacararsınız, sizdən də heç bir fərqim yoxdur”.