Soydaşlarımız dərddə: Xoş şəhərindəki zəlzələdən geri qalanFOTOLAR
Bu gün səhər İranın Qərbi Azərbaycan əyalətinin Xoş şəhərində yerin 10 kilometr dərinliyində 5.4 bal gücündə zəlzələ baş verib
Adalet.az İrana məxsus Tasnim.com-a istinadən xəbər verir ki, zəlzələdə 500-dən çox evə ziyan dəyib.
Beləki, zəlzələdə həmçinin 50 ev tamamilə dağılıb, 530 nəfər xəsarət alıb. Xəsarət alanlardan təxminən 135 nəfər əl-ayaqların sınması və bədənin zədələnməsi diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Qərbi Azərbaycan əyalətinin Xoş şəhərində insanlar xırda sarsıntılar səbəbiylə hələ ki, təşviş içərisindədirlər
.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 04:21-də Naxçıvan stansıyasından 80 km cənub-qərbdə İran ərazisində qeydə alınan zəlzələ Naxçıvan MR-da 5-3 bala qədər hiss olunub.Məlumat AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilib.
Zəlzələdən geri qalan fotoları sizə təqdim edirik:
Əntiqə Rəşid