adalet.az header logo
  • Bakı -°C
12 Noyabr 2025 09:00
63
MƏMLƏKƏT
A- A+

Bakı dumanlıdır - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata əsasən, hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Şəmkir, Gəncə, Balakən, Qusar, Şamaxı, Qobustan, Bərdə, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Yevlax, Tərtər, Mingəçevir, Biləsuvar və Ağdamda duman müşahidə olunur. Görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin noyabrın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.