Bakı və Beyləqanda PARTLAYIŞ - Xəsarət alanlar var
Bakı və Beyləqanda sexlərdə partlayış olub, xəsarət alanlar var.
Adalet.az report-a istinadən xəbər verir ki, dekabrın 2-də Xəqani İsmayılov Binəqədi rayonunda icarəyə götürdüyü avtomobil təmir sexində hava balonunun partlaması nəticəsində xəsarət alıb.
Bundan başqa, eyni gündə İmanov Arif Ramazan oğlu Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən özünə aid təkər təmiri sexində Əliyev Azər Yusif oğlunun gətirdiyi
istilik sisteminin tərkib hissəsi olan genişlənmə çəninə hava vurub. Nəticədə çən partlayıb və Arif İmanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı rayon prokurorluqlarında araşdırma aparılır.
Digər Xəbərlər
23 Aprel 2024 11:35
Məktəblilərə tütün məmulatları satanlar cərimələndi
23 Aprel 2024 09:54Azərbaycanda zəlzələ oldu
21 Aprel 2024 12:57Qubadlıda top mərmiləri aşkar edildi
20 Aprel 2024 10:51Ağcabədidə "Mercedes" yandı
19 Aprel 2024 18:04