adalet.az header logo
  • Bakı 13°C
18 Yanvar 2022 10:02
230
MƏMLƏKƏT

Bakıda 15 yaşlı qızı evlənmək məqsədilə qaçırıblar

Bakıda itkin düşmüş 15 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı məlum olub.

Adalet.az APA-ya istinadən bildirir ki, Nizami rayon Polis İdarəsinə paytaxt sakini, 2007-ci il təvəllüdlü R. Hüseynovanın itkin düşməsi ilə bağlı yanvarın 17-də məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hüseynovanın sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçdığı müəyyən edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.