adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Avqust 2022 10:27
455
SAĞLAMLIQ

Bakıda 54 nəfəri gün vurub

Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 54 nəfər müraciət edib.

TƏBİB-dən Adalet.az-a verilən xəbərə görə, onlardan 27 nəfəri hospitalizasiya edilib, 27 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 40-ı böyük, 14-ü uşaq olub. Hospitalizasiya edilənlərdən isə 20 nəfəri böyük, 7-si uşaq olub.