adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Noyabr 2022 21:56
453
KRİMİNAL

Bakıda silahlı basqın: Ev sahibi öldürüldü, yaralılar var 

Bakıda bir ailənin 4 üzvü bıçaqlanıb.

Adalet.az bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.  Bildirilir ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. 

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.