adalet.az header logo
  • Bakı 18°C
26 May 2022 16:11
477
HADİSƏ

Bakıda sexdə güclü yanğın söndürüldü -YENİLƏNİB + FOTO/VİDEO

Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın söndürülüb.

Bu barədə “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov məlumat verib.

O bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

***

Bakıda Nərimanov rayonundakı sexdə yanğının söndürülməsi üçün iki helikopter cəlb edilib.

Adalet.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdiriblər. Sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Eyni zamanda məlum olub ki, güclü yanğında iki FHN əməkdaşı xəsarət alıb.

Bu barədə “Unikal” məlumat yayıb.

Onlardan Hacıyev Vüqarın çiyninə beton parçası düşüb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Digər FHN əməkdaşı isə tüstüdən zəhərlənib.

Əlavə məlumat veriləcək.

13:34

Bakıda sexdə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.