adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Yanvar 2023 15:15
1346
AVTOMABİL

Bakının bəzi yollarında sürət həddi aşağı 

Yağıntılı hava şəraitinə görə Bakının bəzi yollarında sürət həddi aşağı salınıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Adalet.az-a verilən xəbərə görə, hazırda paytaxt ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospektində, Aeroport şossesində, Mərdəkan-Buzovna yolunda, Bilgəh yolunda, Zığ şossesində quraşdırılan məlumat sürət portallarında hərəkət sürəti 20 km/saat endirilib.