adalet.az header logo
  • Bakı 21°C
08 Dekabr 2022 09:42
193
GÜNDƏM

Bakının bu rayonlarında SU KƏSİLƏCƏK

Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

“Azərsu” ASC-dən Adalet.az-a verilən məlumata görə, əraziyə qəza briqadaları və xüsusui texnika cəlb olunub, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.