adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Yanvar 2022 17:39
386
MƏMLƏKƏT

Bakının bu rayonunda yaşayış binaları sökülür

Bakının Nizami rayonunda bəzi yaşayış binalarının sökülməsinə başlanılıb.

Trend-in əldə etdiyi məlumata görə, bunlar Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binalardır.

Həmin binalardan artıq sakinlər köçürülməsinə başlanılıb.

Qeyd edək ki, söküntü aparılan ərazidə yerləşən binalar ötən əsrin 40-60-ci illərdə inşa olunmuş "Minsk" və "Xruşovka" layihəli beş mərtəbəli binalardır.