adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Iyul 2022 10:57
1338
MƏDƏNİYYƏT

BALAların “Ələkbər əmi”sinin doğum günü:  BAŞA BƏLA ölüm səbəbi – VİDEO

Bu gün Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı. Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor Ələkbər Hüseynovun doğum günüdür.

Adalet.az xəbər verir ki, Ələkbər Hüseynov 1961-ci ildə Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" tamaşasındakı "keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layıq görülüb. Beynəlxalq festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatını (2007) alıb. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.O, “Yaşıl eynəkli adam “, “Analar”, Etiraf “, “ Köpək “, ” Bala-başa bəla!”, “ Təsadüfi görüş “, “ Yaşıl eynəkli adam”, “ Yaşıl eynəkli adam”, “ Bir anın həqiqəti “ adlı filmlərdə maraqlı rolları ilə yaddaşlarda qalıb

Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Əntiqə Rəşid