adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Yanvar 2022 10:31
601
HÜQUQ

Baş Prokurorluğa yeni rəis təyin edildi

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

Adalet.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Orxan Rzayev tutduğu vəzifədən azad edilib və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.(trend)