20 Dekabr 2024 13:36
191
GÜNDƏM

Baş Prokurorluğa yeni səlahiyyət verilir

Baş Prokurorluğa vergi güzəştlərindən istifadə etmək səlahiyyəti verilir. 

Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən (Azərbaycan Respublikasının Müdafiə, Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, habelə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2023-cü il tarixli fərmanı ilə müəyyən edilmiş digər dövlət xidmətləri və dövlət agentlikləri) verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilib. 

Təklif olunan qanun layihəsinə əsasən, bu səlahiyyətin Baş Prokurorluğa da verilməsi nəzərdə tutulur.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.