Bayramov Mirzoyanla görüşdü: Razılaşma əldə olundu
Azərbaycan və Ermənistan sülhlə bağlı Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda keçirilən görüşün yekunları ilə bağlı XİN-in bəyanatında deyilir.
"Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər", - deyə bəyanatda bildirilir.
Digər Xəbərlər
26 Sentyabr 2024 22:26
Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb
26 Sentyabr 2024 22:11Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sentyabr 2024 21:15Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü oldu - YENİLƏNİB
26 Sentyabr 2024 21:10İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
26 Sentyabr 2024 19:12