27 Sentyabr 2024 19:55
65
HADİSƏ

BDU-nun tələbəsi faciəvi şəkildə ÖLDÜ

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində "Politologiya" ixtisası üzrə təhsil alan IIl kurs tələbəsi Kənan Abıyev avtoqəza nəticəsində həyatını itirib.

Bu barədə Adalet.az-a BDU-dan məlumat verilib.

"BDU rəhbərliyi və kollektivi tələbəmizin vaxtsız vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.