adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Noyabr 2022 11:50
170
DÜNYA

Belçikada 3 bıçaqlı hücum

Belçikanın paytaxtı Brüsseldə ardıcıl 3 bıçaqlı hücum nəticəsində 2 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.

Adalet.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə axşam saatlarında 3 ayrı bıçaqlanma hadisəsi baş verdiyi bildirilib.

Yerli vaxtla axşam saat 6 radələrində Brüsselin Anderlext səmtində kanal uzunluğu kimi tanınan Veeweyde məkanında Brüssel regional administrasiyasının CERIA adlı idman qurğusundan çıxan kütləyə hücum edən şəxs bıçaqla hücum edib. Hadisə yerinə çox sayda ilk tibbi yardım və polis qrupları sövq edildikdən sonra səlahiyyətlilər 1-i ağır 3 nəfərin yaralandığını bildirib.

Qeyd edək ki, hücum edən şəxs hadisə yerindən qaçıb  və hələ də tutulmayıb. 

Əntiqə Kərimzadə