adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
13 Yanvar 2023 16:35
691
HÜQUQ

Bəxtiyar Hacıyevə yeni ittihamlar İRƏLİ SÜRÜLDÜ

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb.

Adalet.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.

O bildirib ki, B.Hacıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddələri ilə yeni ittihamlar elan olunub.